Xaçmazda kişi müəmmalı şəkildə ölüb.
Lent.az xəbər verir ki, hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində baş verib.
Burada 67 yaşlı Qurbanzadə Təvəkül Mahmud oğlunun yaşadığı evin hamam otağında duş alarkən halı pisləşib. O, ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.