Xaçmazda AĞIR QƏZA:  ölən və yaralananlar var
17 iyun 2024 16:35 (UTC +04:00)

Xaçmazda AĞIR QƏZA: ölən və yaralananlar var

Xaçmaz rayonunun Niyaz-oba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 3 nəfər ağır yaralanıb. Qəza zamanı 65 yaşlı rayon sakini Qabil Əhmədov həlak olub. Avtomobildə olan digər şəxslər - 67 yaşlı Əkrəm Əhmədov, 65 yaşlı Rahilə Əhmədova və 64 yaşlı Mafizə Əhmədova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onlara hazırda tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2043
avatar

Oxşar yazılar