"Vosmoy" bazarında arabaçı işləyənin meyiti tapıldı
31 avqust 2021 14:01 (UTC +04:00)

"Vosmoy" bazarında arabaçı işləyənin meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapılıb.

Lent.az xəbər verir ki, meyit avqustun 30-da paytaxtın Nizami rayonu ərazisində, “8-ci kilometr” bazarının yaxınlığında tapılıb.

Araşdırmalar zamanı meyitin şəxsiyyəti müəyyənləşib. Onun 61 yaşlı Şabran rayon sakini Əsədov Müslüm Əsəd oğlu olduğu məlum olub.

M.Əsədovun “8-ci kilometr” bazarında arabaçı işlədiyi və xəstəlikdən öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2817
avatar

Mehman Nəbiyev

Oxşar yazılar