Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vəzifəsindən çıxarılıb.
Lent.az xəbər verir ki, o, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə polis general-mayoru Oqtay Kərimov təyin edilib.