Daxili işlər orqanlarında yeni təyinat olub.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həsən İsmayılov tutduğu vəzifədən azad olunaraq Xəzər Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.