Vilayət Eyvazov Ramil Usubovun qaynını  işdən çıxardı
21 fevral 2024 13:18 (UTC +04:00)

Vilayət Eyvazov Ramil Usubovun qaynını işdən çıxardı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov işdən çıxarılıb.

Lent.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Nüsrət Şirinov xidmətdə olmanın son yaş həddi ilə əlaqdar təqaüdə göndərilib.

Qeyd edək ki, N.Şirinov sabiq Daxili İşlər naziri Ramil Usubovun qaynıdır.

O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.

2016-cı ildən isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini tuturdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 58917
avatar

Oxşar yazılar