Gəncə şəhər Baş Polis İdarəsində kadr dəyişikliyi olub.
Lent.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Pərviz Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.
Digər əmrlə o, Gədəbəy rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin edilib