Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, Səfər Əliyev nazirlikdə mülki vəzifə daşıyacaq.
O, DİN-də baş məsləhətçi-mütəxəssis kimi çalışacaq.