Vəkil Abdullayevi öldürən yol polisini döyüb qarət etdilər
26 sentyabr 2024 10:01 (UTC +04:00)

Vəkil Abdullayevi öldürən yol polisini döyüb qarət etdilər

3 il əvvəl Rusiyada azərbaycanlı Vəkil Abdullayevi güllələyərək öldürən yol polisi Aleksandr Qusev döyülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, sentyabrın əvvəlində “Subaru Forester” markalı avtomobil onun qarşısını kəsib. Avtomobildən düşənlər metal boru ilə onu döydükdən sonra maşından sənədləri və polis nişanını oğurlayıblar.

Bundan əlavə, sentyabrın 24-də onun xidmət etdiyi şöbənin iki yol polisi müfəttişi saxlanılıb. Onlardan pul və mobil telefonlar götürülüb.

Qeyd edək ki, hadisə 2021-ci ildə Novosibirsk vilayətində baş verib. Aleksandr Qusev azərbaycanlıların idarə etdiyi avtomobili saxlayarkən tərəflər arasında münaqişə yaranıb. Bu zaman yol polisi azərbaycanlılardan Vəkil Abdullayevi güllələyərək öldürüb. Hadisə Rusiyada yaşayan həmyerlilərimizin hiddətinə səbəb olmuşdu. Bu hadisəyə görə Qusev işdən çıxarılsa da, sonradan vəzifəsinə bərpa olunmuşdu. Lakin məlumatlara görə, Rusiya Daxili İşlər Nazirliyi onu arzuolunmaz şəxs kimi vəzifədə saxlayıb. Digər xəbərlərə görə, Aleksandr Qusevə görə onun xidmət etdiyi şöbənin rəisi və tagım komandiri də işdən atılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3462

Oxşar yazılar

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

Lənkəranda yük və minik avtomobilləri toqquşdu-FOTO

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08
Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

Qəza kilometrlərlə tıxaca səbəb oldu - FOTO

22 iyun 2025 , 00:35
Sumqayıtda kişi meyiti tapıldı

Sumqayıtda kişi meyiti tapıldı

21 iyun 2025 , 22:46
Cəlilabadda ağır qəza, bir nəfər öldü

Cəlilabadda ağır qəza, bir nəfər öldü

21 iyun 2025 , 20:12