Vəfat edən əsgərimizin FOTOSU  - YENİLƏNİB
26 fevral 2025 00:07 (UTC +04:00)

Vəfat edən əsgərimizin FOTOSU - YENİLƏNİB

Azərbaycan Ordusunun vəfat edən əsgəri Şirxan Quliyevin fotosu yayılıb. 

Lent.az onun fotosunu təqdim edir: 

 

***

Saat 21:21

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Quliyev Şirxan Söhrab oğlunun ölüm faktı əsasında Şəmkir hərbi prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Lent.az xəbər verir ki, bu haqda hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1166

Oxşar yazılar