"Vaz 21011" ağaca çırpıldı - Sürücü öldü
27 sentyabr 2025 00:21 (UTC +04:00)

"Vaz 21011" ağaca çırpıldı - Sürücü öldü

0

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Ağbil kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Aşağı Xuc kənd sakini, 23 yaşlı Ceyhun Yusifovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Ağır xəsarətlər alan sürücü Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Avtomobildə olan sərnişin 24 yaşlı Asim Qafarov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 179

Oxşar yazılar