Vasif Talıbovun işdən çıxarılan prokuror qardaşının yerinə təyinat olub.
Lent.az xəbər verir ki, Sənan Paşayev Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub. Bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Sənan Paşayev indiyədək Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bu vəzifədə əvvəl Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov olub.