Üzərinə ağac düşən gənc  reanimasiyaya yerləşdirldi   -  VİDEO
18 oktyabr 2023 02:04 (UTC +04:00)

Üzərinə ağac düşən gənc reanimasiyaya yerləşdirldi - VİDEO

0

Bakının Nərimanov rayonunda güclü külək zamanı ağacın budağı qırılaraq gənc oğlanın üzərinə düşüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Təbriz küçəsi 94 ünvanında qeydə alınıb.

31 yaşlı Şüyüflü Araz Teyfuq oğlu səkidə hərəkət edərkən güclü külək ağacın iri budağını qoparıb. Budaq T.Şüyüflünün üzərinə düşüb. O, ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, T.Şüyüflü almacıq və topuq sümüyünün sınığı, o cümlədən qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. O, komatoz vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6548

Oxşar yazılar