Uşaqlarını sudan çıxaran ata və qardaşı oğlu... - Azərbaycanda FACİƏ
20 avqust 2022 11:47 (UTC +04:00)

Uşaqlarını sudan çıxaran ata və qardaşı oğlu... - Azərbaycanda FACİƏ

Saatlıda bədbəxt hadisə baş verib.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 19-u, saat 19 radələrində Saatlı rayonu Qıraqlı kənd sakinləri – 43 yaşlı Sübhan və qardaşı oğlu 30 yaşlı Əkrəm Astanovun suda boğularaq ölmələri barədə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən azyaşlı iki uşağını xilas edərkən özləri suda boğularaq ölüb.

Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən suda boğulmaqdan xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4047
avatar

Mehman Nəbiyev

Oxşar yazılar