Uşaq evindən xalçaları oğurladı - VİDEO
10 dekabr 2022 12:31 (UTC +04:00)

Uşaq evindən xalçaları oğurladı - VİDEO

0

Bakıda uşaq evi qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Nəsimi rayonunda yerləşən uşaq evlərinin birindən oğurluq edilib. Naməlum şəxs müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki ədəd xalça oğurlayıb.

Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Kərimova saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edib. 

Faktlarla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2563

Oxşar yazılar