Uşağı konfetlə  aldadıb zorladı
08 sentyabr 2023 17:51 (UTC +04:00)

Uşağı konfetlə aldadıb zorladı

Rusiyada doqquz  yaşlı qıza təcavüz edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayəti Naberejnıye Çelnıda əvvəllər məhkum olunmuş 38 yaşlı kişi törədib.

İstintaqın məlumatına görə, ibtidai sinif şagirdi olan iki qız binanın girişində pilləkənlərlə aşağı düşürmüş. Birinci mərtəbədə onları bir kişi qarşılayıb. O, qızlara pul və şirniyyat təklif edərək evinə dəvət edib.

Qızlardan biri razılaşaraq onunla getsə də, rəfiqəsi bundan imtina edib. Cinayətkar mənzildə uşağı zorlayıb, sonra qızı bayıra çıxarıb. Özü də  yoxa çıxıb, lakin sonradan saxlanılıb.

Məlum olub ki, şübhəli şəxs keçmiş məhkumdur, cinayətin baş verdiyi həmin binanın birinci mərtəbəsində ortağı ilə kirayədə yaşayıb.

İndi onu 12 ildən 20 ilə qədər həbs gözləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4188

Oxşar yazılar