Ucarda kişinin hovuza düşərək ölməsi ilə bağlı təfərrüat məlum olub.
Lent.az-ın məlumatına görə, 52 yaşlı İntiqam Vaqif oğlu Zahidovu hovuzda elektrik cərəyanı vurub. Nəticədə kişi dünyasını dəyişib.
Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.
***
6 oktyabr, saat: 23:05
Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az-ın xəbərinə görə, hadisə bu gün rayonun Qaracallı kəndində baş verib.
Kənd sakini, 52 yaşlı İntiqam Vaqif oğlu Zahidov həyətində olan hovuza düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır. (APA)