Üç gün əvvəl itkin düşmüş KURSANT TAPILDI  - FOTO
16 fevral 2022 23:10 (UTC +04:00)

Üç gün əvvəl itkin düşmüş KURSANT TAPILDI - FOTO

0

Heydər Əliyev adına Hərbi Akademiyanın üç gün əvvəl itkin düşmüş kursantı Hüseynli Vüsal Elşən oğlu tapılıb.

Lent.az xəbər verir ki, bu barədə APA-ya kursantın atası Elşən Hüseynov məlumat verib.

E. Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynli bir neçə dəqiqə əvvəl hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4446

Oxşar yazılar