Üç gün əvvəl avtomobilin vurduğu piyada XƏSTƏXANADA ÖLDÜ
25 sentyabr 2021 10:39 (UTC +04:00)

Üç gün əvvəl avtomobilin vurduğu piyada XƏSTƏXANADA ÖLDÜ

Gəncədə 3 gün əvvəl minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə sentyabrın 23-də şəhərin Totanlı adlan ərazidə qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən Cəfərova Nurlananı vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Qadın bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

# 1158
avatar

Oxşar yazılar