Türkiyədəki yanğınsöndürənlərimizin sonuncu qrupu da qayıtdı - VİDEO
19 avqust 2021 10:17 (UTC +04:00)

Türkiyədəki yanğınsöndürənlərimizin sonuncu qrupu da qayıtdı - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə olan yanğın-xilasetmə qüvvələrinin sonuncu qrupu da ölkəmizə qayıdıb.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri 16 avqust 2021-ci il tarixindən etibarən hissə-hissə ölkəmizə qayıdır.

Belə ki, qardaş Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirən və quru yolu ilə geri qayıdan FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub.

Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb.

Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin ilk iki qrupu təyyarə ilə 16 avqust 2021-ci il tarixində ölkəmizə qayıdıb.

Türkiyədəki yanğınsöndürənlərimizin sonuncu qrupu da qayıtdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2279

Oxşar yazılar