Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələnin fəsadları davam edir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələdən sonra Hatayda təbii qaz boru xətti partlayıb.
Zəlzələ nəticəsində Hatayın Kırıkhan rayonunun Topboğazı kəndində təbii qaz boru xəttində partlayış və yanğın baş verib.
Topboğazı kəndinin muxtarı Bilal Alpdoğan, kənddən 200 metr aşağıda və 3 kilometr aralıda iki fərqli nöqtədə partlayışın ardından zəlzələ və yanğın baş verdiyini bildirib:
“Ehtiyat tədbiri olaraq Hatay şəhər mərkəzi və Kırıkhan rayonu, Kahramanmaraş şəhər mərkəzi ilə Pazarcık və Narlı rayonlarına təbii qaz axını dayandırılıb. Vətəndaşlara təhlükəsiz qaz axınını təmin etmək üçün rayonda fəaliyyət göstərən Təbii Qaz Paylayıcı şirkətlərlə koordinasiya əsasında lazımi araşdırmalar aparılır. Xam neft kəmərlərində isə heç bir ziyan aşkar edilməyib”.