Türkiyədə polis nəfəri idarə rəisi və şöbə müdiri GÜLLƏLƏDİ  -YENİLƏNİB
28 aprel 2024 06:50 (UTC +04:00)

Türkiyədə polis nəfəri idarə rəisi və şöbə müdiri GÜLLƏLƏDİ -YENİLƏNİB

Türkiyənin Adıyaman şəhərində polis nəfəri xidməti silahı ilə polis idarəsinin rəisini və ictimai təhlükəsizlik şöbə müdirini güllələyib.

Lent.az-ın məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün “X” səhifəsində məlumat verib.

“Hücum edən şəxs tutularaq nəzarətə götürülüb. İdarə rəisi və şöbə müdiri ağır yaralanıb və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, onları xilas etmək mümkün olmayıb”, - nazir əlavə edib.

***
00:31


Türkiyənin Adıyaman şəhərində polis bölməsində baş verən atışma zamanı iki hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

Lent.az xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb.

“İki polis həlak olub, 8 polis yaralanıb”, - məlumatda deyilir.

İlkin məlumata görə, atəş açan şəxslə zərərçəkənlər arasında mübahisə yaşanıb.

# 3426
avatar

Oxşar yazılar