Türkiyədə kişi arvadını öldürüb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Manisa rayonunun Turqutlu qəsəbəsində baş verib. 48 yaşlı Mirzə Əli Ebem ilə arvadı 39 yaşlı Xədicə Ebem arasında naməlum səbəblə mübahisə yaranıb.
Mübahisə zamanı kişi 3 uşaq anası olan arvadına bir neçə bıçaq xəsarəti yetirib. Daha sonra ov tüfəngi ilə havaya atəş açıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları qadının öldüyünü müəyyən ediblər.
Cinayətkar saxlanılıb, araşdırma aparılır.