Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən ABŞ-nin “Procter & Gamble” şirkətinin fabrik binasına basqın edərək 7 işçini girov götürən İbrahim Y. təslim olub.
Lent.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Təxminən 10 saatlıq danışıqlardan sonra o, girovları azad etməyə razılaşıb.
Fabrikə daxil olan polis qrupları İbrahim Y-ni saxlayıb.
***
01.02.2024
Saat 17:42
Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda “P&G” fabrikasının əsas binasına basqın edilib.
Lent.az xariic KİV-ə istinadən xəbər verir ki, basqın edən şəxs fabrikdəki 7 nəfəri girov götürüb.
Əldə edilən məlumata görə, Gebze Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən "Procter & Gamble (P&G)" fabrikində çox sayda insanın girov götürüldüyü xəbəri üzərinə bir çox polis qrupları hərəkətə keçib.
İlkin məlumata görə, İsrailin Qəzzanı işğal etməsinə və Fələstin xalqının qətliamına reaksiya vermək istəyən bir şəxsin fabrikə basqın etdiyi iddia edilir. Bundan əlavə, xüsusi əməliyyat qrupları müdaxilə üçün hazır vəziyyətdədir. Şübhəlini razı salmaq cəhdləri davam edir.