Türkiyədə dəhşətli yanğın söndürüldü -  YENİLƏNİB  - VİDEO
18 mart 2021 10:29 (UTC +04:00)

Türkiyədə dəhşətli yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində baş verən yanğın səhər saatlarında söndürülüb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, yanğın zamanı 60 ev yanıb, 30-a qədər iribuynuzlu heyvan tələf olub.

***

17 mart, 19:25

Türkiyənin Artvin vilayətinin Yusifəli rayonunun Dərəiçi kəndində yanan evlərin sayı artıb.

Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, yanğın 60-a yaxın evdə qeydə alınıb.

Son məlumata görə, yanğın qismən nəzarət altına alınıb.

***

18:13

Artvin vilayətinin Yusufəli rayonunun Dərəiçi kəndində başlayan yanğın təxminən 50 evə yayılıb.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, 35 ev yararsız hala düşüb, 20 baş heyvan tələf olub.

Günorta saatlarında Yusufəli rayonunun Dərəiçi kəndində taxta evdə yanğın baş verib. Alov küləyin təsiri ilə qısa müddətdə ətrafdakı evlərə yayılıb.

Xəbər verildikdən sonra bələdiyyəyə məxsus xilasetmə qrupu və Meşə Müdirliyinə bağlı sağlamlıq qrupları kəndə göndərilib. Xilasetmə qrupları yanğına müdaxilə edib.

Yanğınsöndürənlər yanğına müdaxilə edərkən alovların kənddəki digər evlərə keçməməsi üçün intensiv işlər aparır.

 

Türkiyədə dəhşətli yanğın

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6666
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar