Türkiyə vətəndaşı Qazaxda dünyasını dəyişdi
29 noyabr 2021 00:15 (UTC +04:00)

Türkiyə vətəndaşı Qazaxda dünyasını dəyişdi

Qazaxda Türkiyə Respublikasının vətəndaşı, 61 yaşlı Hilal Kəskin ürək tutmasından dünyasını dəyişib. 

APA-nın yerli bürosunun məlumatına görə, ölüm hadisəsi “Qırmızı Körpü”də qeydə alınıb.

Dərhal əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Müayinə zamanı onun öldüyü məlum olub. Məlumata görə, Türkiyə vətəndaşı ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, H.Kəskinin sürücü olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485
avatar

Oxşar yazılar