Türkanda oğurluq edənlər saxlanıldı
21 yanvar 2023 19:43 (UTC +04:00)

Türkanda oğurluq edənlər saxlanıldı

Bakıda evdən və avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayonu Türkan qəsəbəsindəki evlərin birindən 2850 manat dəyərində məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Məmmədov saxlanılıb.

Həmçinin Türkan qəsəbəsində bir evin həyətindən 1500 manat dəyərində qaynaq aparatı, akkumulyator, radiator, əl arabası, digər evdən 2500 manat dəyərində məişət əşyaları, bir avtomobildən isə 700 manat dəyərində 2 ədəd akkumulyator oğurlanıb. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar C.İmanov və T.Quliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Oxşar yazılar