Hindistanın Karnataka ştatında tualetə gedən yeniyetməni pələng öldürüb.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, səhər saatlarında Liiankere qəbilə kəndinin Qaneş adlı 13 yaşlı sakini evdən 100 metr aralıdakı tualetə gedib.
Oğlan müəyyən müddət ərzində qayıtmadıqda, ailə axtarışa çıxıb və cəsədini meşədə tapıblar.
Yerli sakinlər yaxınlarda həmin ərazidə pələngə rast gəliblər. Onlar yeniyetməyə məhz pələngin hücum edərək parçaladığını iddia edirlər.
Ölənin valideynləri, 5 bacısı və 4 qardaşı qalıb.