"Toyota Prius" 12 yaşlı uşağı vurub  ÖLDÜRDÜ
27 avqust 2022 18:28 (UTC +04:00)

"Toyota Prius" 12 yaşlı uşağı vurub ÖLDÜRDÜ

1

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb. Bakı şəhəri, Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü Skokov İqor Sergeyeviç idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Şabran rayonu, Ağalıq kənd sakini 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub.

Xəsarət alan şəxs Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2791

Oxşar yazılar