Toydakı dava kənddə qətllə nəticələndi
22 noyabr 2021 19:42 (UTC +04:00)

Toydakı dava kənddə qətllə nəticələndi

Göyçay rayonunda qətl hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə noyabrın 22-də axşam saatlarında rayonun Bəydövül kəndində qeydə alınıb. Kənd sakini, 47 yaşlı Mustafayev Qılman Maarif oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 38 yaşlı İsmayılov Elvin Mübariz oğlunu bıçaqlayıb. Ürək nahiyəsindən iki bıçaq xəsarəti alan Elvin İsmayılov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, bir neçə gün əvvəl keçirilən toy mərasimi zamanı onların arasında dava olub və bu gün yenidən başlayan mübahisə qətl hadisəsi ilə nəticələnib. Hadisənin dəqiq səbəbi hələ ki məlum deyil.

Qətli törədən Qılman Mustafayevi polis əməkdaşları saxlayıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

 

# 2805
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11