Toyda yoxlama - 1 nəfərə cərimə, 9 nəfərə isə...
04 yanvar 2022 09:20 (UTC +04:00)

Toyda yoxlama - 1 nəfərə cərimə, 9 nəfərə isə...

0

Yanvarın  3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Azərbaycanda 108 toy şənliyinin monitorinqini həyata keçirib. 

Lent.az xəbər verir ki, monitorinq 100 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Yoxlama zamanı toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə,  1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 9 nəfər isə  “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 45497

Oxşar yazılar