Hindistanın şimalındakı Uttar-Pradeş ştatının Kuşinaqar şəhərində toy mərasimi zamanı quyuya düşən ən azı 13 nəfər ölüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onlardan 11-i yerində, daha ikisi xəstəxanada dünyasını dəyişib.
Həlak olanlar qadın və uşaqlardır. Onlar quyunun üzərini örtən metal plitənin üzərinə oturublar, plitə çəkinin ağırlığından çöküb. Qeyd olunur ki, hadisədən sonra tədbirin digər qonaqları zərərçəkənlərə kömək etməyə çalışıb.