Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb.
Qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü 22 yaşlı Tovuz Aşağı Quşçu kənd sakini İ. Rüstəmov dünyasını dəyişib.