"Aktrisa Nərgiz Əliyevanın yaydığı görüntülər polis tərəfindən araşdırılıb və müvafiq tədbir görülüb”.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, həmin şəxsin kimliyi müəyyən edilərək saxlanılıb: “Onun 50 yaşlı Sedov Vadim Vyaçeslaloviç olduğu müəyyən edilib. O, əvvəllər oğurluğa görə məhkum olunub. V.Sedov izahatında noyabrın 15-də həbsdən azadlığa buraxıldığını və maşınlara yaxınlaşaraq sürücülərdən ona bir manat pul vermələrini xahiş etdiyini deyib.
V.Sedov bildirib ki, N.Əliyevayanın idarə etdiyi avtomobilə yaxınlaşanda məqsədi ona qarşı hansısa xuliqanlıq hərəkət etmək olmayıb, o, yalnız pul istəyirmiş. Həmin şəxsin əməlləri xırda xuliqanlıq kimi dəyərləndirilib və barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Son qərarı məhkəmə verəcək”.
Qeyd edək ki, aktrisa N.Əliyeva paylaşımda bildirib ki, hadisə noyabrın 28-i saat 17 radələrində paytaxtın Səbail rayonu "Torqovu" küçəsində baş verib. Onun sözlərinə görə, naməlum kişi onun maşınına yaxınlaşaraq qapını açmağa çalışıb və avtomobilə yumruqla zərbələr vurub.