“TikTok” jetonu almaq istəyən Bakı sakini dələduzluqla üzləşib.
Lent.az xəbər verir ki, paytaxt sakini olan Təhla Əsgərov jeton almaq üçün sosial şəbəkədən tanıdığı şəxslə əlaqə saxlayıb. Onun kartına 60 manat vəsait köçürüb.
Ancaq ona həmin ödəniş qarşılığında jeton verilməyib. Aldadıldığını görən zərərçəkən polisə müraciət edib.
Aparılan araşdırmalar zamanı dələduzun kimliyi müəyyənləşib və zərərçəkənə dəyən ziyan ödətdirilib.