Tikintidə işləyən məktəbli faciəvi   şəkildə öldü - FOTO
26 sentyabr 2023 15:17 (UTC +04:00)

Tikintidə işləyən məktəbli faciəvi şəkildə öldü - FOTO

Türkiyədə yeniyetmə faciəvi şəkildə ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Manisa şəhəri Alaşehir qəsəbində baş verib. Buradakı tikinti gedən binalardan birində çalışan 16 yaşlı Zeka Dikici 5-ci mərtəbədən yıxılaraq xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, yeniyetmə 11-ci sinifdə təhsil alır. Onun həftədə bir gün dərsə getdiyi, qalan günlərdə isə tikintiyə gəldiyi müəyyənləşib. Hadisə ilə əlaqədar tikinti obyektinin sahibi və yeniyetmənin ustası saxlanılıb.

Araşdırma aparılır.

# 2091
avatar

Oxşar yazılar