Şəmkir bazarında yanğın
27 noyabr 2021 14:28 (UTC +04:00)

Şəmkir bazarında yanğın

Tikinti materialları bazarı yandı - VİDEO

Şəmkirdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə noyabrın 26-dan 27-nə keçən gecə rayonun Sabirkənd kəndində tikinti materialları bazarında qeydə alınıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq texnika və canlı qüvvəsi dərhal yanğın baş verən əraziyə cəlb olunub.

Yanğının mürəkkəbliyinə və onun hər an tezalışan və yanar tikinti materiallarının (boya, taxta və s.) saxlanıldığı bir-birinə bitişik mağazalara keçmə təhlükəsinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülüb.

Yanğın nəticəsində ümumilikdə 100m², o cümlədən ümumi sahəsi 70m² olan tikinti materialları mağazası və ofisi, həmin tikiliyə bitişik ümumi sahəsi 20m² olan talvar və talvara bitişik ümumi sahəsi 100m² olan talvarın lambirindən ibarət tavanı 10m² sahədə yanıb. Talvarın qalan hissəsi və digər mağazalar yanğından mühafizə olunub.

Şəmkir bazarında yanğın oldu

# 1971
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00