Göygöldə 12 gün əvvəl yol qəzasında xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib.
Lent.az APA-ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Ayşə Hacıyeva müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında vəfat edib.
Qeyd edək ki, 25 yaşlı qız həmin xəstəxanada tibb bacısı işləyib.
Hadisə dekabrın 1-də rayonun Aşıqlı kəndinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı 1 nəfər hadisə yerində ölüb, 4 nəfər isə xəsarət almışdı.
Faktla bağlı cinayət işi açılıb.