"Tərtər işi" nə görə tutulan generaldan YENİ XƏBƏR
28 dekabr 2022 13:04 (UTC +04:00)

"Tərtər işi"nə görə tutulan generaldan YENİ XƏBƏR

"Tərtər işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş general-mayor Bəkir Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda vəsatət təmin edilib.

Qərara əsasən, Bəkir Orucov barəsində seçilən həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Bundan başqa, eyni iş üzrə həbs edilmiş Rahib Məmmədov və Ramil Əhmədovun həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatət verilib.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Hazırda onlar barəsində ibtdida istintaq davam edir.

Bu ilin sentyabr ayında isə iş üzrə daha üç nəfər - Bəkir Orucov, Rahib Məmmədov və Ramil Əhmədov həbs olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Oxşar yazılar