Quba rayonu, Rustov kənd sakini N.Veyisov rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra pensiya kartının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində plastik kartı oğurlayan şəxsin rayon sakini Cavid Ağarzayev olduğu müəyyən edilib və o saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, ötən ilin noyabrında C.Ağarzayev zərərçəkmişin təqaüdünü bankomatdan çəkməyə köməklik göstərib. Sonra isə həmin kartı özündə saxlayaraq növbəti ay yüklənən təqaüdü özü götürüb.
Hazırda C.Ağarzayevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır. Həmin şəxsin əməllərinə görə zərər çəkən şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə zəng vuraraq məlumat vermələri və ya Quba rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.
Cavid Ağarzayev