Tatarıstanda təqaüdçü pedofil müntəzəm olaraq on yaşlı qıza təcavüz edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, cinayəti 57 yaşlı yerli sakin törədib. Təqaüdçü balaca qonşusunu maşınına mindirib. O, azyaşlını evinə aparacağına söz versə də, kimsəsiz yerə aparıb və orada zorlayıb. Bu hadisə bir neçə dəfə olub.
Həmin şəxs bir dəfə də məktəbli qızın evinə girib və orada yenə onu zorlayıb.
Pedofil uşaqdan başına gələnləri heç kimə deməməsini istəyib.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib və pedofiliyadan məcburi müalicə olunub.