Yaşadığı evdə meyiti aşkarlanan Ələkbərova Çiçək Əli qızı
16 may 2021 21:16 (UTC +04:00)

Yaşadığı evdə meyiti aşkarlanan Ələkbərova Çiçək Əli qızı

Tənha yaşayan qadının meyiti aşkarlandı: QIZILLARI DA YOXA ÇIXIB - FOTO

Ağstafa rayonunda evdən meyit aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. 

Kənd sakini 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızının meyiti qonşular tərəfindən yaşadığı evdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası  cəlb olunub. Qadının meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb.

Onun tək yaşadığı bildirilib. İlkin məlumata görə, 62 yaşlı qadın əri tərəfindən öldürülüb. Ç.Hüseynovanın naməlum şəraitdə boğularaq qətlə yetirildiyi açıqlanıb.

Kənd sakinlərinin sözlərinə görə, qadın 32 ildir ailəli olsa da, övladı olmayıb. Hazırda cinayəti törədən şəxsin və şəxslərin axtarışları istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

Ç.Hüseynova qətlə yetiriləndən sonra evindən qızıl-zinət əşyaları oğurlanıb. 

Faktla bağlı araşdırma aparılır.

# 5040
avatar

Oxşar yazılar