Telefonu maşına çırpıb sürücüdən pul istəyən  TUTULDU - VİDEO
24 iyun 2026 17:44 (UTC +04:00)

Telefonu maşına çırpıb sürücüdən pul istəyən TUTULDU - VİDEO

1

Sosial şəbəkələrdə Bakıda bir şəxsin əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq sonradan sürücüdən pul tələb etməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, keçirilən tədbirlərlə həmin şəxsin əvvəllər soyğunçuluq və oğurluq əməllərinə görə məhkum olunmuş, 39 yaşlı Elman Hüseynov olduğu müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun müxtəlif oxşar üsullarla vətəndaşları aldadaraq maddi vəsait əldə etməyə cəhd göstərdiyi məlum olub. 

Onun qanunsuz əməlləri ilə bağlı araşdırma aparılır, barəsində hüquqi məsuliyyət tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 428

Oxşar yazılar