999 manatlıq telefon arzusu 6970 manatlıq ziyana səbəb oldu.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Lent.az-a bildirib ki, Abşeron rayon sakini “Instagram”da “Kontakt Home” adı ilə yaradılmış saxta səhifənin paylaşdığı 999 manatlıq telefonu almaq istəyərkən zərərə uğrayıb.
Zərərçəkmiş linkə daxil olub kart məlumatlarını paylaşdığı üçün hesabından 6970 manat oğurlanıb.
Unutmayın, heç vaxt tanımadığınız səhifələrin linklərinə girməyin. Kart məlumatlarınızı şübhəli saytlara daxil etməyin. Yalnız rəsmi səhifələr və mağazalardan alış-veriş edin.