Tələbəni yaddaşını itirənə qədər döydülər
28 may 2024 15:57 (UTC +04:00)

Tələbəni yaddaşını itirənə qədər döydülər

Başqırdıstanın Ufa şəhərində kursant tələbə yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə mayın 24-də ilkin uçuş hazırlığı olan internat məktəbində baş verib. Tələbənin valideynlərinin sözlərinə görə, yoldaşları oğullarını zirzəmiyə aparıblar, burada şiddətli döyüblər.

“Səhər tezdən sinif yoldaşım üzümə dezodorant püskürtdü və alışqanla yandırdı. Bundan sonra üzümü yumağa getdim, başqa heç nə xatırlamıram. İndi qolumdakı gips, çiyin oynağımındakı bağların cırılması, baş beyin silkələnməsi və yaddaş itkisi ilə xəstəxanadayam”, - deyə zərərçəkmiş bildirib.

Uşağın valideynləri polisə şikayət edib, təhsil müəssisəsinə də şikayət yazıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2445
avatar

Oxşar yazılar