Bakıda tələbənin intiharı ilə bağlı təfərrüatlar üzə çıxıb.
Lent.az-ın məlumatına görə, "qaynarinfo"ya açıqlama verən Əmək və Sosial Münasibətlər Akademiyasının tədris və elmi işlər üzrə prorektoru Fəhrad Möhbalıyev bildirib ki, Laçın rayon sakini olan Şamil Qarayev bir müddətdir özünə qapanıbmış:
Fəhrad Möhbalıyev
"Onun özünü öldürməsinə səbəbin sevdiyi xanımdan "yox” cavabı alması olduğu ehtimal edilir. O, maliyyə-iqtisad fakültəsinin 3-cü kursunda təhsil alırdı. Yataqxanada qalmırdı və uzun müddət idi dərslərə də gəlmirdi. Dünən Akademiyaya gəlib, yataqxanadan tələbə yoldaşlarına "Əlvida… Mən nə yaxşı ki, buranı seçdim…” mesajı göndərib və özünü öldürüb. Əvvəl isə tələbə yoldaşlarına "Mən kimisə sevirəm, heç kim bilmir” deyirmiş".
***
Saat: 12:10
Bakıda intihar hadisəsi olub.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, hadisə dekabrın 20-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasında qeydə alınıb. Burada yaşayan tələbə, 20 yaşlı Şamil Qarayev yataqxananın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.