Moskvanın Yabloçkova küçəsində Federal Təhlükəsizlik Xidməti əməkdaşının meyiti tapılıb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, kişinin meyiti mayın 23-də səhər saatlarında pilləkəndə aşkar olunub. İstintaq baş verən hadisənin səbəbini aydınlaşdırır. Hüquq-mühafiqə orqanı əməkdaşının özünü öldürdüyü ehtimal edilir.
Cəsədin yanında Federal Təhlükəsizlik Xidməti Xüsusi təyinatlı mərkəzinin vəsiqəsi də tapılıb. Bu sənədə görə, meyiti tapılanın Ruslan M. olduğu və həmin binada yaşadığı müəyyənləşdirilib.