Tanınmış vəkilin hesabları ələ keçirildi  - Onun adından pullar yığılır - VİDEO
13 yanvar 2025 23:26 (UTC +04:00)

Tanınmış vəkilin hesabları ələ keçirildi - Onun adından pullar yığılır - VİDEO

Tanınmış vəkilin adından saxta hesablar açan şəxslər onun adından pul yığıblar. 

Bu barədə Lent.az-a vəkil Hikmət Əliyev özü məlumat verib. 

Onun sözlərinə görə, bu dələduzluq əməlləri “WhatsApp"və "Teleqram" proqramları üzərindən həyata keçirilib:

"Əvvəlcə mənim "Teleqram"dakı akauntum ələ keçirildi. Nömrə və şəkil mənə məxsus idi. Həmin şəxslər mənim "Teleqram"da yaxınlarıma, eləcə də vəkil həmkarlarıma yazaraq 100 manatdan 500 manatadək pul istəyiblər. Çox təəssüf ki, yaxınlarımdan bəziləri dələduzlara pul atıblar".

Vəkil onu da diqqətə çatdırıb ki, məsələ ilə bağlı artıq Daxili İşlər Nazirliyinin "102" Xidmətinə şikayət edib:

"Bu hüquqi baxımdan məbləğdən və işin hallarından asılı olaraq inzibati və cinayət məsuliyyəti yarada bilər". 

Hikmət Əliyevin bildirib ki, pulu alınanlar arasında vəkillər də var: "Onlar çox güman ki Vəkillər Kollegiyasının saytına girərək oradan vəkillərin şəxsi məlumatlarından nömrələrini götürüb və “whatsapp” proqramı vasitəsi ilə smslər yazaraq pul istəyiblər".

Məlumat üçün bildirək ki, Hikmət Əliyev Bakı şəhəri 28 saylı Vəkil Bürosunun rəhbəridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4325

Oxşar yazılar

"Toplum TV" işi üzrə onlara ittiham elan edildi

"Toplum TV" işi üzrə onlara ittiham elan edildi

2 iyun 2025 , 13:52
Əlil qadını öldürən taksi sürücüsü   saxlanıldı -YENİLƏNİB

Əlil qadını öldürən taksi sürücüsü saxlanıldı -YENİLƏNİB

2 iyun 2025 , 12:47
Xaçmazda AĞIR QƏZA:  yaralılar var

Xaçmazda AĞIR QƏZA: yaralılar var

2 iyun 2025 , 12:09
Sabunçuda həyətdə meyit tapıldı

Sabunçuda həyətdə meyit tapıldı

2 iyun 2025 , 11:38
Bakıda həbsxananın damı çökdü, məhkum öldü  -YENİLƏNİB

Bakıda həbsxananın damı çökdü, məhkum öldü -YENİLƏNİB

2 iyun 2025 , 11:27
Bakıda evdə meyit tapıldı

Bakıda evdə meyit tapıldı

2 iyun 2025 , 10:42
Qubada BƏDBƏXT HADİSƏ:  1 nəfər kanalda batdı

Qubada BƏDBƏXT HADİSƏ: 1 nəfər kanalda batdı

2 iyun 2025 , 10:35
Azərbaycanda FACİƏ:  16 yaşlı oğlan kanalda boğulub öldü

Azərbaycanda FACİƏ: 16 yaşlı oğlan kanalda boğulub öldü

2 iyun 2025 , 10:14