Tanınmış vəkil Adəm Məmmədov 28 ildən sonra atasının məzarını tapıb.
Lent.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. Vəkil qeyd edib ki, bu gün 28 ildən sonra işğaldan azad olunan Cəbrayıl rayonunda atası, şəhid hakim Məhərrəm Məmmədovun məzarını taparaq bərpa edib. O, bu barədə öz təəssüratlarını da bildirib:
“Bu gün həyatımda ruhən və qəlbən tam öz yerimi tapdım. 28 il görmədiyim, ziyarət edə bilmədiyim, atam şəhid-hakim Məhərrəm Məmmədovun məzarını tapmağım və ilkin məzar daşını bərpa etməyim mənim üçün sonsuz xoşbəxtlikdir”.