Tanınmış müğənni qarlı havada QƏZAYA DÜŞDÜ
21 fevral 2025 00:27 (UTC +04:00)

Tanınmış müğənni qarlı havada QƏZAYA DÜŞDÜ

Müğənni Elçin Cəfərov avtomobil qəzası keçirib.

Lent.az xəbər verir ki, bu barədə sənətçi proqramların birində deyib.

Belə ki, verilişlərin birinə gələrkən avtomobilinin qarlı havada sürüşdüyünü və digər maşınla toqquşduğunu bildirib:

"Qar yağdığı üçün maşın sürüşdü, digər maşınla toqquşdu. Yollar bir az sürüşkəndir. Mən hələ belə bir şey görməmişdim. Avtomobil sahibi ilə mehribancasına salamlaşdıq, ikimiz də heç nə lazım deyil dedik və sağollaşdıq. Bilmədim ki, məni tanıdı ya yox. Olur ki, gəlib maşını vururlar, düşürsən nəsə deməyə, elə qışqırır ki, "bağışla" cavabını verirsən".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1771

Oxşar yazılar